Rusiya tərəfi Zaporojye vilayətinin işğal olunmuş Melitopol şəhərindən, həmçinin Xersonun Skadovka bölgəsindən sakinləri Krıma köçürməyə başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna prezidentinin Krım üzrə daimi nümayəndəsinin müavini Denis Çistikov deyib.
O, həmçinin bildirib ki, işğalçılar (Rusiya tərəfi – red.) Krımdan da sakinləri Rusiya vilayətlərinə köçürməyə hazırlaşır.
Çistikov Ukrayna vətəndaşlarına zorla Rusiya pasportlarlarının verildiyini də əlavə edib.