Quterreş Lavrova məktub verdi: Putinə təkliflər…

Quterreş Lavrova məktub verdi: Putinə təkliflər…

ABŞ-nin Nyu York şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə A.Quterreşin ofisi məlumat yayıb.

BMT-nin Baş katibi Rusiya XİN başçısı ilə Ukrayna müharibəsi, Suriya və Əfqanıstanı müzakirə edib. Quterreş taxıl sazişinin həyata keçirilməsində son maneələrlə bağlı narahatlığını ifadə edib.

BMT-nin rəhbəri Lavrova Putinə taxıl sazişinin genişləndirilməsi və uzadılması təklifləri ilə bağlı məktub da verib. Təşkilatın Baş katibi Rusiyanın taxıl sazişinin həyata keçirilməsi ilə bağlı narahatlığını nəzərə alıb.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT TŞ-nin iclasında iştirak etmək üçün Nyu Yorkda səfərdədir.

Teqlər: