Rusiya körpüyə görə Ukraynaya cavab verməyəcək – Svitan

Rusiya körpüyə görə Ukraynaya cavab verməyəcək – Svitan

Rusiya Krım körpüsünün partladılmasına görə Ukraynaya cavab verə bilməyəcək.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Roman Svitan deyib.

“Onların Ukraynada istifadə etmədikləri heç nə qalmayıb. Cavab verəcəkləri bir şey yoxdur. Onlar hətta bu məsləni inkişaf etdirməyəcəklər. Onlar üçün ən optimal variant bu məsələdən çıxmaq mexanizmini tapmaqdır”, – Svitan bildirib.

Ekspertin sözlərinə görə, Rusiya heç bir halda nüvə silahı istifadə etməyəcək.

“Nüvə silahının tətbiqi ilə bağlı danışıqlar artıq olub. Heç kim Rusiyanın və ordunun qatili rolunu öz üzərinə götürməyəcək. Çünki rusların nüvə silahından istifadə etməsi üçün hər hansı bir hərəkəti qərar qəbul etmə mərkəzinə və ya hər hansı bir yerə qabaqlayıcı zərbə ilə nəticələnəcək”.

Teqlər: