Rusiya komandası aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qrup hərəkətlərində qalib gəlib

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qruplar (12-14 yaş) arasında Rusiya komandası qalib gəlib.

AzerTimes-ın məlumatına görə, rusıyalılar 19.500 xal yığaraq qızıl medal qazanıb.

Gümüş medalla Bolqarıstan (18.700 xal), bürünc medalla isə Macarıstan komandası (18.550 xal) mükafatlandırılıb.

Azərbaycan komandası final mərhələdə 5-ci yeri tutub.

Qeyd edək ki, Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının final günü keçirilir.


Yarışların üçüncü günündə fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramları üzrə finallar keçirilir.

Yarış gününün sonunda bağlanış mərasimi baş tutacaq.

Qeyd edək ki, yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

Teqlər: