Rusiya klubları UEFA-nın qərarından məhkəməyə müraciət edib

Rusiyanın MOİK, “Zenit”, “Dinamo”, və “Soçi” klubları UEFA-nın
Rusiya komandalarını yarışlardan kənarlaşdırmaq qərarı ilə bağlı
İdman Arbitraj Məhkəməsinə müraciət edib.

Trend-in
məlumatına görə, bu barədə MOİK-in mətbuat xidməti bildirib.

Yaxın zamanlarda məhkəmənin məsələyə baxacağı qeyd olunur.

Xatırladaq ki, mayın 2-də UEFA 2022-23-cü illər mövsümü üçün
Rusiya klublarının avrokuboklardan, Rusiya milli komandasının isə
Millətlər Liqasından kənarlaşdırıldığını elan etmişdi.

Teqlər: