Rusiya kəşfiyyatının yalanı ABŞ-ı qarışdırdı

Rusiya kəşfiyyatının yalanı ABŞ-ı qarışdırdı

ABŞ Prezidenti Baydenə qarşı yalan ifadə verməkdə təqsirləndirilən FTB-nin keçmiş məlumatçısı Aleksandr Smirnov Rusiya kəşfiyyatından yalan məlumat aldığını bildirib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Prokurorluğunun məhkəməyə göndərdiyi iş materiallarında deyilir.

Smirnov iddia edir ki, onun xarici kəşfiyyat xidmətlərinin nümayəndələri ilə geniş əlaqələri olub. Xüsusilə dörd rus rəsmisi ilə təmaslarından danışıb. Onların arasında yüksək rütbəli rus kəşfiyyatçılar da olub.

Qeyd edək ki, 43 yaşlı Aleksandr Smirnov fevralın 15-də Las-Veqasdakı Harri Rid hava limanında xaricdən gələrkən saxlanılıb. O, ABŞ Prezidenti və onun oğlu Hanterin Ukraynanın enerji şirkəti “Burisma Holdinqs”lə sövdələşmələrdə iştirakı ilə bağlı yalan ifadələr verməkdə ittiham edilir.

Teqlər: