Rusiya kanalının Azərbaycandakı seçkilərdən reportajı

Rusiya kanalının Azərbaycandakı seçkilərdən reportajı

Rusiyanın “Birinci kanal” federal televiziya kanalında Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri barədə reportaj yayımlanıb.

AzerTimes xəbər verir ki, reportajda seçki məntəqələrinin səsverməyə hazır olduğu bildirilib. Xüsusi vurğulanıb ki, bu il ilk dəfə seçkilər Qarabağ da daxil olmaqla, Azərbaycanın bütün ərazisində baş tutacaq.

Süjetdə Qarabağda, o cümlədən Zəngilan rayonunun Ağalı kəndində aparılan yenidənqurma-bərpa işlərindən, seçki məntəqələrinin texniki təchizatından da söhbət açılıb.

Teqlər: