Rusiyanın Birinci kanalında yayımlanan “SSRİ əsri” verilişində Azərbaycan haqqında olan hissədə Xankəndidə yerləşən “Biz və bizim dağlar” heykəli də nümayiş etdirilib.
AzerTimes xəbər verir ki, bu barədə jurnalist Cavid Osmanov sosial şəbəkə hesabında paylaşım edib.
“Rusiya öz cəmiyyətinə göstərir ki, ermənilərin “Stepanakert” adlandırdığı Xankəndi şəhəri tarixən Azərbaycanın olub və Azərbaycana da qayıdır”, – o qeyd edib.