Daha bir yoldaşlıq oyunu İstanbulda olacaq

Daha bir yoldaşlıq oyunu İstanbulda olacaq

Türkiyə “Qalatasaray”ı ilə “Qarabağ” arasında daha bir yoldaşlıq oyunu olacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə “sarı-qırmızılılar”ın prezidenti Dursun Özbək açıqlama verib.

Funksioner növbəti qarşılaşmanın İstanbulda keçiriləcəyini bildirib:

“Onları Türkiyədə də dostluq oyunu keçirmək üçün dəvət etdim”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı “Qarabağ” – “Qalatasaray” matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Teqlər: