Rusiya itkilərini etiraf etdi: 63 əsgərimiz öldü

Rusiya itkilərini etiraf etdi: 63 əsgərimiz öldü

Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin Makeyevka şəhərinə HİMARS yaylım atəşi sistemi ilə zərbə endirməsi nəticəsində 63 rus əsgəri ölüb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, Ukrayna tərəfi HİMARS sistemindən 6 raket buraxıb ki, onlardan ikisi havada məhv edilib.

Qeyd edək ki, Rusiya Teleqram kanalları sözügedən zərbələrdə 500-ə yaxın insanın öldüyünü yazır.

Teqlər: