Rusiya İrandan yeni ixtira olunmuş, daha uzun uçuş məsafəsinə malik “Araş-2” kamikadze dronları sifariş edə bilər.
AzerTimes xəbər ki, bu barədə İranın Teleqram kanalları məlumat yayıb. Lakin hələlik bu barədə rəsmi təsdiq yoxdur. Bir neçə həftə əvvəl iranlı general Kiomars Heydəri pilotsuz uçan bu aparatın İsrailə zərbələr endirmək üçün hazırlandığını qeyd edib.
Məlumata görə pilotsuz təyyarələr İranın yeni ixtirasıdır. “Şahid-136” ilə müqayisədə onlar daha güclü döyüş başlığına və 1700 km-lik məsafəyə sahibdirlər.