Mask Ukrayna ilə bağlı fikrini dəyişdi: Cəhənnəm olsun…

Mask Ukrayna ilə bağlı fikrini dəyişdi: Cəhənnəm olsun…

“SpaceX”-in rəhbəri İlon Mask Ukraynada “Starlink”i maliyyələşdirməyə davam edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Mask Tvitter hesabında bildirib.

“Cəhənnəm olsun. Baxmayaraq ki, “Starlink” hələ də pul itirir və digər şirkətlər milyardlarla vergi ödəyiciləri alırlar, biz isə Ukrayna hökumətini pulsuz maliyyələşdirməyə davam edəcəyik”, – Mask tvitində qeyd edib.

Qeyd edək ki, daha öncə Maskın Ukraynada “Starlink”i maliyyələşdirməyi dayandırdığı məlumatı yayılmışdı.

Teqlər: