Qərbin düşmənləri Rusiya, İran və Çinin daxil olduğu avtoritar güclərin ittifaqı çərçivəsində daha sıx əməkdaşlıq edirlər.
AzerTimes xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, adını çəkdiyi avtoritar alyansın üzvləri bir-birinə getdikcə daha çox əlaqələndirilmiş praktiki dəstək verir:
“Bu vəziyyət təkcə NATO-ya üzv dövlətlərin deyil, həm də Hind-Sakit okean tərəfdaş ölkələrinin avtoritar alyansa qarşı birgə işləməsini daha da vacib edir”.