“Bayraqdar” KALKAN DİHA-nın yeni görüntüləri – Video

“Bayraqdar” KALKAN DİHA-nın yeni görüntüləri – Video

“Bayraqdar” KALKAN DİHA (Şaquli Eniş və Kalkış Pilotsuz Uçuş Aparatı) 30-cu uçuş – testini uğurla başa vurub.

AzerTimes xəbər verir ki, bu barədə “Baykar” İdarə Heyətini sədri Səlcuq Bayraqdar sosial şəbəkə səhifəsində yazıb.

Kəşfiyyat və izləmə fəaliyyətləri həyata keçirə bilən “Bayraqdar” KALKAN DİHA sınaq çərçivəsində 14.500 fut yüksəkliyə qalxaraq 70 saatlıq müvəffəqiyyətli uçuş müddətini geridə qoyub.

Avtomatik marşrut izləmə, hədəf izləmə, halqa atəşi və evə qayıtma rejimlərini yerinə yetirə bilən Bayraqdar “KALKAN DİHA”, uçuş testini Baykar tərəfindən tamamilə milli və yerli olaraq hazırlanmış Baykar BG-160 kamerası ilə həyata keçirib.

Bayraqdar “KALKAN DİHA” termal görüntüləmə qabiliyyətinə malik olan Baykar BG-160 Elektro-Optik Sistemi sayəsində gecə saatlarında da yüksək keyfiyyətli şəkillər çəkə bilir.

Milli DİHA gecə-gündüz kəşfiyyat, müşahidə və hədəf aşkarlama missiyalarını uğurla yerinə yetirə bilir.

Teqlər: