Rusiya ilk zərbə PUA-sını təqdim edib (FOTO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Birləşmiş Ərəb Əmirliklərində keçirilən IDEX-2021 beynəlxalq silah sərgisində Rusiya öz istehsalı olan ilk zərbə pilotsuz uçuş aparatını (PUA) təqdim edib.

AzerTimes-ın məlumatına görə, “Kronştadt” şirkətinin istehsalı olan “Orion-E” PUA-sı əsasən ixrac üçün nəzərdə tutulub.

Qeyd olunur ki, aparat müxtəlif konfiqurasiyalı silahla təchiz oluna bilər. Yerüstü idarəetmə stansiyası PUA-ları həm kəşfiyyat, həm də zərbə məqsədilə idarə edir.

“Orion-E” aparatının qanadlarının eni 16,3 metr, uçuş çəkisi 1000 kiloqramdır. 200 kiloqram yükqaldırma gücü olan aparatın uçuş müddəti 24 saat, döyüş radiusu 300 kilometrdir.