Rusiya ilə sərhədə nüvə silahı yerləşdirilə bilər

Rusiya ilə sərhədə nüvə silahı yerləşdirilə bilər

Finlandiya çəkindirici nüvə silahına sahib olmalıdır.

AzerTimes xəbər verir ki, bu barədə Finlandiyanın yeni Prezidenti Aleksandr Stubb deyib.

“Finlandiya çəkindirici nüvə vasitəsinə sahib olmalıdır. Üzvü olduğumuz NATO bizə üç çəkindirici vasitə təqdim edir: birincisi, hərbçilərdir, ikincisi, raketlər, sursatlar və üçüncüsü – bu, ABŞ-dan gələn nüvə silahıdır”, – o bildirib.

Qeyd edək ki, Stubb namizədliyi dövründə də parlamentin qanunvericiliyə dəyişiklik edəcəyi təqdirdə Finlandiya ərazisində nüvə silahının yerləşdiriləcəyini istisna etməmişdi.

Teqlər: