Bu gün təbii qazın təxminən yarısını Rusiyadan alırıq. Bundan
başqa, Akkuyu Atom Elektrik Stansiyasını Rusiya ilə birgə tikirik.
Biz bunları kənara qoya bilmərik.
Trend-in məlumatına görə, bunu Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğan Brüssel səfərindən qayıdarkən
jurnalistlərə açıqlamasında deyib.
“Bu məsələdə həssaslığımızı qoruyub saxlamalıyıq. Əvvəla, qışda
xalqımı soyuqda qoya bilmərəm.
“İkincisi, mən sənayemizi tamamilə sıfırlaya bilmərəm. Biz
onları qorumalıyıq. Biz dövlətik, 85 milyon əhalimiz var. Biz
üzərimizə düşən bütün vəzifələri yerinə yetiririk. Hazırda bölgəyə
ukraynalılar üçün təxminən 56 humanitar yardım maşını göndərmişik.
Bu yardımlar davam etməkdədir”, – deyə R.T. Ərdoğan vurğulayıb.