Qərb ölkələri Ukrayna böhranı fonunda Moskva ilə münasibətləri qoruyub saxlamağın yollarını tapmalı, həm də böhran başa çatdıqdan sonra onu inkişaf etdirməlidir.
AzerTimes xəbər verir ki, bunu Finlandiya Prezidenti Sauli Niinistö deyib.
“Mən bir növ güclü dostluğu yox, bir-birinə dözmək və hətta bir az başa düşmək bacarığını nəzərdə tuturam. Yeni hərbi münaqişələrin qarşısını almaq üçün tərəflər arasında etimad lazımdır”, – Niinistö bildirib.