Qriqoryan oğluna silah verib ki, əsirləri öldürsün

Qriqoryan oğluna silah verib ki, əsirləri öldürsün

Bizdə əsir və girovluqdan azad olunmuş şəxslərin elə tükürpərdici ifadələri var ki, adam dəhşətə gəlir.

AzerTimes xəbər verir ki, bunu əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.

“Məsələn, Qriqoryan adlı general hətta 9 yaşlı oğluna silah verirmiş ki, əsirləri qətlə yetirsin. Bu, insanlığın son halıdır”, – o əlavə edib.

Qurum rəsmisi vurğulayıb ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların sayı 4 minə yaxındır.

Teqlər: