Rusiya ilə danışmaq xeyrimizə deyil – Fransa

Rusiya ilə danışmaq xeyrimizə deyil – Fransa

Fransanın xarici işlər naziri Stefan Sejurne Rusiya rəsmiləri ilə danışıqların artıq ölkəsinin maraqlarına uyğun olmadığını bildirib.

AzerTimes xəbər verir ki, bu barədə “Le Monde” məlumata yayıb.

“Bu gün Rusiya rəsmiləri ilə danışmaq bizim xeyrimizə deyil, çünki kommunikasiya və yayımlanan mesajlar yalandır”, – o bildirib.

Fransalı nazir qeyd edib ki, etimad bərpa olunduqdan sonra dialoqu bərpa etmək mümkün olacaq:

“İlk növbədə Ukraynada cəbhədə hadisələrin inkişafını görməliyik. Hələ ki, bu yoxdur”.

Teqlər: