Rusiya ilə bu ərazi məsələsi həll olunmayıb – Kişida

Rusiya ilə bu ərazi məsələsi həll olunmayıb – Kişida

Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq siyasətinə qətiyyətlə sadiqdir və İkinci Dünya müharibəsinin bitməsindən 78 il sonra belə bir sənədin olmamasına təəssüf edir.

AzerTimes xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida deyib.

“Çox təəssüf ki, müharibənin bitməsindən 78 il keçsə də, şimal əraziləri məsələsi həll olunmayıb və Yaponiya ilə Rusiya arasında sülh müqaviləsi bağlanmayıb. Lakin hökumət ərazi probleminin həllinə və sülh müqaviləsinin bağlanmasına sadiqdir”, – o bildirib.

Teqlər: