Prezidentliyə namizəd Fazil Mustafa səs verdi

Prezidentliyə namizəd Fazil Mustafa səs verdi

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa növbədənkənar prezident seçkilərində səs verib.

AzerTimes xəbər verir ki, F.Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsinin 13 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Seçki məntəqəsində siyahıda 1 443 seçicinin adı var. 8 nəfər qeydiyyatdan çıxma ilə müraciət edib. İndiyədək 200-dən çox seçici səs verib.

Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

Teqlər: