Rusiya ilə Böyük Britaniya arasında uçuş qadağasının müddəti uzadılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiya Böyük Britaniyaya və əks istiqamətdə aviareyslərin qadağa müddətini uzadıb.

AzerTimes-ın məlumatına görə, iki ölkə arasında uçuşlar martın 16-dək dayandırılıb.

Qeyd edək ki, Rusiya ötən il dekabrın 22-də Böyük Britaniyadan uçuşları dayandırmışdı. Buna səbəb Böyük Britaniyada koronavirusun yeni növünün yayılması göstərilmişdi.