Rusiyanın Ukraynaya təcavüzünü dayandırmağın yeganə yolu Kiyevə qalib gəlməyə kömək etməkdir.
AzerTimes xəbər verir ki, bunu Belçikanın Baş naziri Aleksandr De Kro deyib.
“Rusiyaya qarşı iqtisadi sanksiyalar ölkəyə böyük təsir göstərir. Amma bununla yanaşı, sanksiyalar Avropa əhalisinə də güclü zərbə vurub. Bunu bitirməyin ən yaxşı yolu Ukraynaya qalib gəlməyə kömək etməkdən keçir. Başqa seçimimiz yoxdur”, – Baş nazir bildirib.