Hərbi əməliyyatlar Rusiya ərazisinə keçirilməlidir

Hərbi əməliyyatlar Rusiya ərazisinə keçirilməlidir

Qərbin Putini cilovlamaq üçün bütün səyləri nəticəsiz qalıb. Bu, o deməkdir ki, artıq döyüşü Rusiya ərazisinə keçirməyin vaxtıdır.

AzerTimes xəbər verir ki, bunu britaniyalı siyasi ekspert Rocer Boyes deyib.

“ABŞ və AB sanksiyaları gücləndirməkdə davam edir, artıq Rusiyanın fiziki və hüquqi şəxslərinə 10 mindən çox müxtəlif məhdudiyyətlər tətbiq edilib. Bu göstəricilərə görə Rusiya İran, Suriya və Şimali Koreyanı geridə qoyub. Amma Putin heç bir zəifləmə əlaməti göstərmir. Məncə, daha ağlabatan sanksiyalara transsərhəd xüsusi təyinatlıların əməliyyatları da əlavə edilməlidir (Rusiya ərazisində – red.)”, – o bildirib.

Teqlər: