Rusiya ilə Azərbaycan arasında ticarətdə “Yaşıl dəhliz”
açılır.
Bunu Trend-ə
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov
deyib.
Onun sözlərinə görə, xarici iqtisadi fəaliyyət iştirakçıları
üçün sadələşdirilmiş gömrük dəhlizinin təşkil olunması üzrə pilot
layihə olan “Yaşıl dəhliz”in təqdimatı keçirilib.
Ticarət nümayəndəsi qeyd edib ki, bu layihənin iştirakçısı olan
Rusiya və Azərbaycan şirkətləri arasında xarici ticarət
müqavilələri imzalanarkən hər iki ölkənin gömrük orqanları
məhsulların maneəsiz və sürətli dövriyyəsi üçün gömrük
prosedurlarının sadələşdirilməsi mexanizmlərini tətbiq edəcək.
“Yaşıl dəhliz” layihəsinin tezliklə işə salınması və eyni
zamanda Azərbaycanın Xanoba və Rusiyanın Yaraq-Qazmalar avtomobil
keçid məntəqələrinin bərpası və genişləndirilməsi üzrə işlərin başa
çatması, eləcə də “Aqroekspress” layihəsinin tətbiqi ilə məhsul
tədarükünün artırılması Rusiya ilə Azərbaycan arasında xarici
ticarət dövriyyəsinin müsbət dinamikasını təmin edəcək”, –
R.Mirsayapov deyib.
Qeyd edək ki, hazırda Rusiyanın yeddi səlahiyyətli iqtisadi
operatoru daimi əsasda 100-dək Azərbaycan şirkəti ilə işləyir. Bu
onu ifadə edir ki, Rusiyaya tədarük edilən Azərbaycan məhsullarının
azı 20 faizi yaradılan “Yaşıl dəhliz” vasitəsilə
rəsmiləşdiriləcək.
(Tərcümə: Orxan Nəbiyev)