Rusiya hökumətindən sakinlərə: Təcili evlərinizi tərk edin!

Rusiya hökumətindən sakinlərə: Təcili evlərinizi tərk edin!

Rusiya Prezidentin Ural Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Vladimir Yakuşev fövqəladə vəziyyətlə əlaqədar olaraq Kurqan və Tümen vilayətinin sakinlərinə çağırış edib.

AzerTimes xəbər verir ki, o, sakinlərdən subasmanı gözləməməyi, dərhal yaşayış yerlərini tərk etməyi tövsiyə edib.

“İlk növbədə Kurqan və Tümen vilayətlərinin sakinlərinə müraciət etmək istəyirəm: Biz yerli orqanlardan gələn siqnallara, bildirişlərə cavab verməliyik. Əsas odur ki, evinizdə olmayasınız və damın altında su basmasını gözləməyin, onu vaxtında tərk etməlisiniz”, – deyə o bildirib.

Teqlər: