Rusiya hərbi məqsədli peykin buraxılışını həyata keçirib

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiya Hava-Kosmik Qüvvələri hərbi məqsədli peykin buraxılışını həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, buraxılış Arxangelsk vilayətinin Plesetsk kosmodromunda baş tutub.

Peyk “Soyuz-2.1a” raket daşıyıcısı ilə buraxılıb. Bu, “Soyuz 2” tipli kosmik aparatın 2022-ci ildə ilk uçuşu olub.