Rusiya hərbçiləri Donetskdə geri çəkildi

Rusiya hərbçiləri Donetskdə geri çəkildi

Ukrayna sərhədçiləri rus hərbçilərini Donetsk vilayətində mövqelərdən birində geri çəkilməyə məcbur ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilib.

“Meşəlik ərazidə işğalçılar yeni mövqelər tutmağa cəhd ediblər. Düşmənin koordinatları sərhədçilərin minaatan heyətinə göndərilib, bundan sonra sərrast atışlar düşməni itki verərək geri çəkilməyə məcbur edib”, – Ukrayna DSX-nin məlumatında qeyd olunub.

Teqlər: