Rusiya hazırlığını tamamladı: “Referendum” keçiriləcək…

Rusiya hazırlığını tamamladı: “Referendum” keçiriləcək…

Rusiya Ukraynanın ələ keçirdiyi ərazilərdə “referendum” hazırlığını demək olar ki, başa çatdırıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibiçkiyin sözlərinə görə, “referendum”lar müxtəlif bölgələrdə keçirilə bilər. Ancaq ilk növbədə bunun Zaporojye və Xerson vilayətlərində baş tutacağı gözlənilir.

“Ukraynanın hərbi kəşfiyyatı hazırda ordakı bütün prosesləri aydın şəkildə izləyir. Bu gün biz bunu deyə bilərik ki, “referendum”la bağlı müvafiq seçki qərargahlarının yaradılması, seçici siyahıları, seçki komissiyalarının yaradılması kimi hazırlıq prosesləri demək olar başa çatıb”, – o bildirib.

Teqlər: