Rusiya gizli səfərbərliyə başladı

Rusiya gizli səfərbərliyə başladı

Rusiya Krımın müdafiəsini moskvalılar, peterburqlular və çağırışçılar hesabına gücləndirməyi planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat yayıb.

Məlumata görə, Moskva və Leninqrad vilayətlərinin, Sankt-Peterburq şəhərinin hərbi komissarlıqları yerli sakinlərin kütləvi şəkildə hərbi xidmətə çağırılması ilə bağlı göstəriş alıblar:

“Gizli səfərbərlik zamanı çağırılan moskvalılar və peterburqlular Krımda yerləşən hərbi hissələrə göndəriləcəklər. Cənub Hərbi Dairəsinin komandanı, ordu generalı Aleksandr Dvornikov qərar verib ki, Krım ərazisində yerləşən Rusiya hərbi hissələrini və yarımadanın müdafiəsini gücləndirmək üçün ora 1200 çağırışçı göndərsin”.

Teqlər: