Rusiya gəmisi göründü, ordu hazır vəziyyətə gətirildi

Rusiya gəmisi göründü, ordu hazır vəziyyətə gətirildi

İsveç və Finlandiya donanmaları Rusiyanın bu ölkələrin enerji şəbəkələrinə mümkün hücumunun qarşısını almaq üçün yüksək hazırlıq vəziyyətinə gətirilib.

AzerTimes xəbər verir ki, bunu İsveç Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Eva Skuq Haslum deyib.

“Rusiya suüstü gəmiləri külək stansiyaları və sualtı elektrik kabellərinin yaxınlığında müşahidə edilib. Əminik ki, Rusiya bunu edib, hər hansı yolla hədəfləri xəritəyə yerləşdirib.

Rusların, məsələn, sualtı elektrik kabellərini təxribat edib məhv etmə riskinin olub-olmadığına gəlincə, bəli, tamamilə. Bu, bizə qarşı əməliyyat keçirməyin yollarından biridir”,- o bildirib.

Onun sözlərinə görə, Rusiyanın elektrik şəbəkələrinə hücumu mümkün olduğundan, İsveç donanması təxribatın qarşısını almaq üçün yüksək hazırlıq vəziyyətindədir:

“Buna görə də biz davamlı olaraq həm hədəflərə yaxın olmaqla niyyətlərimizi əks etdirməyə, həm də özünümüdafiə iradəmizi nümayiş etdirməyə çalışırıq”.

Teqlər: