Rusiya gəmiləri son 10 ildə ilk dəfə Səudiyyə limanında…

Rusiya gəmiləri son 10 ildə ilk dəfə Səudiyyə limanında…

Rusiya donanmasına məxsus “Admiral Qorşkov” freqatı və “Kama” tankeri yanacaq və qida təminatını yeniləmək üçün Səudiyyə Ərəbistanının Ciddə limanına yan alıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Şimal Donanması məlumat yayıb.

“Daha əvvəl Rusiya gəmiləri təxminən 10 il əvvəl Səudiyyə limanlarına yan almışdı”, – deyə bildirilib.

Qeyd edək ki, Rusiya donanmasının ən müasir gəmilərindən sayılan “Admiral Qorşkov” freqatı 4 yanvar tarixində Altantik və Hind okelanları ilə Aralıq dənizinə səfərə çıxmışdı.

Teqlər: