Rusiya Finlandiyanı hədələdi: Nüvə hədəfi…

Rusiya Finlandiyanı hədələdi: Nüvə hədəfi…

Finlandiya NATO-ya daxil olarsa, nüvə zərbəsi zamanı hədəfə çevrilmək riski var.

AzerTimes xəbər verir ki, bu sözləri senator Vladimir Cabarov söyləyib.

“Əminəm ki, Haavistonun sözlərinin heç bir əsası yoxdur, çünki bitərəf qalan Finlandiya potensial nüvə münaqişəsindən kənarda qalacaq. NATO-ya daxil olan kimi, nüvə münaqişəsi baş verərsə, o, hədəfə çevriləcək”, – Cabarov bildirib.

Qeyd edək ki, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto, ölkəni NATO-ya müraciət etməyə vadar edən əsas amilin müharibənin başlamasından sonra Rusiyadan gələn nüvə təhlükəsinin olmasını bildirmişdi.

Teqlər: