Rusiya Ukraynada əsir götürülən 10 əcnəbi hərbçini azad edib.
AzerTimes xəbər verir ki, bu proses Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əs-Səud vasitəçiliyi ilə baş tutub.
Bildirilib ki, ABŞ, Böyük Britaniya, İsveç, Xorvatiya və Mərakeş vətəndaşları əsirlikdən azad edilərək Səudiyyə Ərəbistanına göndərilib.