Məmmədyarov qələbə qazandı, Rəcəbov isə…

Məmmədyarov qələbə qazandı, Rəcəbov isə…

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən beynəlxalq şahmat turnirində birinci tura yekun vurulub.

AzerTimes xəbər verir ki, ilk oyun günündə Azərbaycan təmsilçilərindən kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov və Vasif Durarbəyli qələbə qazanıb, Teymur Rəcəbov ilə Rauf Məmmədov heç-heçə edib. Qədir Hüseynov isə məğlub olub.

Qadınların yarışında isə Günay Məmməzadə rəqibinə uduzub, digləri isə görüşlərini heç-heçə ilə başa vurub.

Teqlər: