Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına hər cür kömək etməyə hazırdır – Lavrov

Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin
bağlanmasına hər cür kömək etməyə hazırdır.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya və Ermənistan xarici
işlər nazirləri – Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon
danışığı zamanı bildirilib.

Regional kontekstdə Azərbaycan, Ermənistan və Rusiya
liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci
il tarixli üçtərəfli sazişlərinin ciddi şəkildə yerinə
yetirilməsinin vacibliyi vurğulanıb.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki,
Azərbaycan sərhədi və regionda nəqliyyat və iqtisadi əlaqələr üçün
layihə fəaliyyətlərinin başlanması təsdiqlənib.

Teqlər: