Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə telefonla danışıb

21 mart 2022-ci il tarixində xarici işlər naziri Ceyhun
Bayramovun Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev
ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tərəflər
Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı məsələləri,
o cümlədən təşkilatın VIII Zirvə Görüşünün qərarlarının icrası ilə
bağlı fikir mübadiləsi aparıblar.

Türk Dövlətləri Təşkilatının beynəlxalq təşkilatlarla
əməkdaşlığı məsələləri, xüsusilə də İslam Əməkdaşlığı Təşkilatı
çərçivəsində əməkdaşlıq müzakirə mövzusu təşkil edib.

Tərəflər, həmçinin təşkilatın gələcək tədbirləri ətrafında
müzakirələr aparıblar.

Teqlər: