Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üzrə səylərini davam etdirir – Zaxarova

Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin
normallaşması üzrə səylərini davam etdirir.

Trend-in
məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi
nümayəndəsi Mariya Zaxarova deyib.

“Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında baş vermiş
insidentlərlə bağlı ölkəmizin mövqeyi 26 mart bəyanatında əks
olunub. Biz təkidlə tərəfləri 10 noyabr 2020-ci il üçtərəfli
bəyanatın icrasını təmin etməyə çağırmışıq. Rusiya Müdafiə
Nazirliyi və Rusiya sülhməramlı kontingentinin komandanlığı
vəziyyətin deeskalasiyası üzrə ciddi addımlar atır. Eyni zamanda,
sülhməramlılar üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq
fəaliyyət göstərir. Biz üç ölkə liderlərinin mövcud razılaşmalarına
əsaslanaraq Ermənistanla Azərbaycan arasında münasibətlərin
normallaşması, eləcə də sərhədlərin delimitasiyası və
demarkasiyası, regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması
üzrə səylərimizi davam etdiririk. Biz həm də Bakı və İrəvan
arasında sülh sazişinin imzalanmasına yönəlmək üçün də kömək
göstərəcəyik”, – M.Zaxarova deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: