Rusiya Ermənistanda çevrilişə hazırlaşır? – Rəsmi

Rusiya Ermənistanda çevrilişə hazırlaşır? – Rəsmi

Rusiyanın Ermənistanda dövlət çevrilişi hazırlaması ilə bağlı məlumatlar cəfəngiyyatdır.

AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.

Onun sözlərinə görə, belə iddiaları səsləndirən zaman faktlar irəli sürmək lazımdır:

“Hər hansı virtual sxemlər uydurmaq və bu barədə bütün dünyaya car çəkmək ağıllı olmayan, daha doğrusu, çox axmaq siyasətçilərə xas olan xüsusiyyətdir. Belə bəyanatlar Rusiyaya qarşı düşmənçiliyə təhrik üçün səsləndirilir”.

Teqlər: