Rusiya Ermənistana qoşun yeridəcək? – Çaxnaşma

Rusiya Ermənistana qoşun yeridəcək? – Çaxnaşma

Rusiya Ermənistan hakimiyyətinin xarici siyasi vektoru dəyişdirmək üçün atdığı addımlara cavab olaraq, açıq təhdidlərə əl atdı. Bu fakt hökumət komandasında təşviş yaradıb və onlar Rusiyadan hərbi müdaxilə və ya başqa şəkildə sərt şillə gözləyirlər.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Antalyada Ermənistana açıq xəbərdarlıq edib:

“Yaxın vaxtlarda Rusiyanın xəyanətkar müttəfiqini cəzalandırmaq əzmini nümayiş etdirmək üçün konkret addımlar atacağına dair məlumatlar var. Bunu ilk növbədə iş adamları hiss edəcək. Ola bilsin ki, yaxın günlərdə erməni avtomobillərinin Yuxarı Larsa girişinə qadağa qoyulsun. Yeri gəlmişkən, Rusiyanın müxtəlif platformalarında Ermənistan ictimaiyyətinə “bu hakimiyyətdən xilas olmasanız, qaçılmaz təhlükələrlə üzləşə bilərsiniz” mesajları verilir”, – nəşr yazıb.

Teqlər: