Rusiya enerji infrastrukturunun modernləşdirilməsində Azərbaycana kömək edə bilər – Overçuk

Rusiya enerji infrastrukturunun modernləşdirilməsində
Azərbaycana kömək edə bilər.

Trend-in məlumatına görə, bunu Rusiya baş
nazirinin müavini Aleksey Overçuk Rusiya ilə Azərbaycan arasında
iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın plenar
iclasında deyib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və İranın enerji
sistemlərinin birləşdirilmə layihəsinin texniki-iqtisadi
əsaslandırılması davam etdirilir.

“Bundan başqa, biz Azərbaycanla qeyri-enerji sektorunda da
əməkdaşlığa hazırıq. Bu il 11-ci regionlararası forum çərçivəsində
də müzakirələr üçün imkan qazadacağıq”, – nazir müavini deyib.

A.Overçuk qeyd edib ki, hökumətlərarası komissiya çərçivəsində
konkret nəticələrə köklənmiş dialoq bir sıra starteji tapşırıqların
yerinə yetirilməsinə, o cümlədən, Cənubi Qafqazda vəziyyətin
sabitlərşməsinə xidmət edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: