Rusiya ən peşəkar birliyini burada cəmləşdirib – Malyar

Rusiya ən peşəkar birliyini burada cəmləşdirib – Malyar

Baxmutda rus qoşunları gün ərzində 50-yə qədər hücum təşkil edir, vəziyyət çətin, lakin nəzarət altındadır.

AzerTimes xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

“Ancaq düşmən ən çox hücumları Baxmut istiqamətində edir. Rusiya ən peşəkar birləşmələrini orada cəmləyib, xeyli artilleriya və aviasiyadan istifadə edir. Düşmən hər gün Baxmutda 40-50 hücum və 500-dən çox atəş həyata keçirir”, – Malyar bildirib.

Qeyd edək ki, Baxmutda hazırda da şiddətli döyüşlər gedir. Rusiya qoşunları 4 istiqamətdə – Liman, Baxmut, Avdeeyev və Marinka istiqamətində hücumlarını davam etdirir.

Teqlər: