Rusiya elit bölmələri Baxmuta göndərir – Çerevatıy

Rusiya elit bölmələri Baxmuta göndərir – Çerevatıy

Rusiya Baxmuta elit bölmələri yollayır.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatıy deyib.

“Baxmut istiqamətində, şimal və cənub cinahlarında Müdafiə Qüvvələri düşmənə təzyiqləri davam etdirir, təşəbbüs bölmələrimizdədir. Baxmutda Rusiya ordusunun “Bars” ehtiyat hissələri, “Ştorm-Z” bölməsi, xüsusi təyinatlıların bölmələri və hava-desant qoşunları döyüşür. Baxmutun düşmən üçün təkcə hərbi deyil, həm də təbliğat əhəmiyyəti var”, – Çerevatıy bildirib.

Teqlər: