Rusiya dünyada ilk dəfə elektrik mühərrikli təyyarəni sınaqdan keçirib

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Novosibirsk şəhərində dünyada ilk dəfə olaraq elektrik mühərrikli təyyarə sınaqdan keçirilib.

AzerTimes-ın məlumatına görə, mühərrik Yak-40 təyyarəsində quraşdırılıb.

Qeyd olunub ki, elektrik aviamühərriklərin sınaqları bundan sonra da davam edəcək. Növbəti iki il ərzində Tu-114 təyyarəsində həmin mühərriklərin sınaqdan keçirilməsi nəzərdə tutulur.

İstehsalçıların sözlərinə görə, 2030-cu ilədək seriyalı istehsalının təşkil olunması planlaşdırılır.