Rusiya Donetskin bu kəndinə zərbələr endirdi

Rusiya Donetskin bu kəndinə zərbələr endirdi

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Pokrovsk rayonunun Krasnohorivka kəndini atəşə tutub.

AzerTimes xəbər verir ki, bu barədə Donetsk Vilayət Prokurorluğu Feysbukda məlumat yayıb.

Bildirilib ki, əvvəlcə səhər saatlarında Rusiya hərbçiləri yaşayış məntəqəsini artilleriya atəşinə tutaraq iki nəfəri yaralayıblar. Daha sonra eyni bölgəyə aviazərbə endirilib. Nəticədə 70 yaşlı kişi ölüb.

“Sıyrıq, qəlpə yaraları və qançırları olan bütün zərərçəkənlər tibb müəssisəsinə aparılıb”, – prokurorluq diqqətə çatdırıb.

Teqlər: