Rusiya DİN Rövşən Əsgərovu axtarışa verib

Rusiya Daxili İşlər Nazirliyi “Nə? Harada? Nə vaxt?”
intellektual oyununun azərbaycanlı iştirakçısı Rövşən Əsgərovu
cinayət işi ilə bağlı axtarışa verib.

AzerTimes-ın TASS agentliyinə istinadən məlumatına görə, bu barədə
nazirliyin məlumat bazasında deyilir.

Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi
aprelin 27-də R.Əsgərov barəsində nasizmin reabilitasiyası maddəsi
ilə cinayət işi açıb.

Məlumatda qeyd olunurdu ki,R.Əsgərov öz “Facebook” səhifəsində
Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən
yalan məlumatlar yayıb.

Teqlər: