Bakıda günün ikinci yarısı yağıntısız keçəcək

Bu gün Bakıda günün ikinci yarısı yağıntısız keçəcək.

Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin
Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında günün
ikinci yarısı hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı, lakin yağıntısız keçəcəyi gözlənilir.

“Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz
olunacaq”, – deyə G.Məmmədova bildirib.

Xatırladaq ki, mayın 13-dən etibarən ölkə ərazisində hava
şəraitinin mülayimləşəcəyi gözlənilir.

Teqlər: