Rusiya dəvət göndərib, qərar verməmişik – AB

Rusiya dəvət göndərib, qərar verməmişik – AB

Avropa diplomatiyasının rəhbəri Jozep Borrell AB nümayəndələrinin Vladimir Putinin andiçmə mərasimində iştirakının əleyhinədir, lakin hazırda vahid mövqe formalaşmayıb.

AzerTimes xəbər verir ki, bunu AB-nin diplomatik xidmət nümayəndəsi Piter Stano deyib.

Onun sözlərinə görə, inaqurasiya mərasiminə Kreml tərəfindən göndərilən dəvətlər AB ölkələrinin Moskvadakı nümayəndəliklərinə çatdırılıb:

“Hazırda AB-yə üzv dövlətlərlə cavabımızın formasını müzakirə edirik. Biz həmişə xarici siyasətdə mümkün olan hər yerdə koordinasiyalı AB yanaşması göstərməyə çalışırıq. Yekun qərar hələ verilməyib”.

Teqlər: