Rusiya desant qüvvələri ciddi itkilər verdi

Rusiya desant qüvvələri ciddi itkilər verdi

Rusiya Federasiyasının Hava-Desant Qüvvələrində artıq batalyon taktiki qrupları yoxdur. Çox ciddi itkilər var.

AzerTimes xəbər verir ki, bunu ukraynalı jurnalist Roman Tsimbalyuk Teleqramda yazıb.

“İtkiləri kompensasiya etmək iqtidarında olmadığına görə Hava-Desant Qüvvələri yeni sadələşdirilmiş struktura keçir. Belə ki, 200-ə qədər hərbçidən ibarət hücum qrupları yenidən formatlaşdırılır. Məhz bu qruplaşmaların Xerson vilayətinə hücumu planlaşdırılıb. Əslində isə Rusiya batalyon taktiki qruplarında 600-800 zabit və əsgər olmalıdır”, – o bildirib.

Teqlər: